Bolqarıstanda koronavirusa yoluxanların sayı dayanmadan çoxalır

Bolqarıstanda koronavirusa yoluxanların sayı dayanmadan çoxalır

Sofiya, 15 avqust, AZƏRTAC

Bolqarıstanda sutka ərzində yeni koronavirusa 174 yoluxma halı qeydə alınıb. AZƏRTAC Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 14243 nəfərə çatıb. 9114 nəfər sağalıb, 492 nəfər ölüb. Xəstəxanalarda 811 nəfər yerləşir, onlardan 58-i reanimasiya şöbəsindədir. Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalinin sanitar normalara riayət etməyə çağırıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

AZERTAG.AZ :Bolqarıstanda koronavirusa yoluxanların sayı dayanmadan çoxalır

Mənbə: azertag.az