Türkiyə elektromobil bazarına daxil olur

Türkiyə elektromobil bazarına daxil olur

2022-ci ildə istifadəyə veriləcək Türkiyə istehsalı avtomobillərlə bağlı yeni məlumatlar açıqlanıb. Bildirilib ki, elektromobil istehsalı enerji doldurma stansiyalarının sayının artmasını da zərurətə çevirir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Türkiyənin bu istiqamətdə məşhur şirkəti ZES 100 yeni stansiya açıb. Bu stansiyalar əsasən, İstanbul, Ankara, İzmir, Antalya, Bursa, Eskişehir, Muğla ve Balıkesir və digər əraziləri əhatə edir. Bildirilib ki, hazırda 56 şəhərdə 268 belə stansiya fəaliyyət göstərir.

Rəsmilərin məlumatına görə, sözügedən şirkət Türkiyənin bazar payının 40%-i əlində cəmləşdirib.

Milli.Az

Mənbə: news.milli.az