D vitamininin çatışmazlığına işarə edən SİMPTOMLAR

D vitamininin çatışmazlığına işarə edən SİMPTOMLAR

D vitamini orqanizmdə bir çox müxtəlif funksiyaları yerinə yetirir. Bu funksiyalardan biri immun sistemini virus və infeksiya xəstəliklərinə qarşı davamlılığını artırmaqdır.

Koronavirus epidemiyası zamanı bu çox vacibdir.

D vitamini əslində gün şüaları təsirindən orqanizmdə sintez olunan çox vacib proqormondur. Mütəxəssislər hesablayıblar ki, D vitamininin orqanizmdə defisiti 36 orqanın fəaliyyətinə mənfi təsir edir.

Bir çox hallarda insanlar onun defisitinin simptomlarını bilmir.

Milli.Az saglamolun.com-a istinadən oxucularını bu simptomlarla tanış edir.

- Oynaqlarda ağrılar. D vitaminin defistiti oynaqlarda iltihabın riskini artırır ki, bu da oynaqlarda ağrılar və narahatçılığa səbəb olur.

- Tez-tez təkrarlanan infeksiyalar. D vitamini immunitetin fəaliyyətində böyük rol oynayır, immunitetin viruslara qarşı davamlılığını artırır. Bu səbəbdən D vitamininin çatışmazlığından əziyyət çəkən insanlarda qripp və digər virus xəstəliklərinə tez-tez təsadüf edilir.

- Osteoporoz. Bu xəstəlik zamanı sümük toxuması zəifləyir, sümüklərin sıxlığı azalır, sümüklər kövrək olur. D vitamini orqanizmdə kalsiumun mənimsənilməsini təmin edir. D vitamininin defisiti zamanı kalsium yaxşı mənimsənilmir. Bildiyimiz kimi, kalsium sümüklərin əsas "tikinti materialı"dır. Sümüklər daim yenilənir və bunun üçün onlara daim kalsium lazımdır. Kalsiumun çatışmazlığı sümüklərin zəifləməsinə gətirib çıxardır.

- Yorğunluq.

- Depressiya. D vitamininin çatışmazlığı tez-tez depressiyanın inkişafı ilə əlaqələndirilir.

- "Səbəbsiz" əzələ ağrıları.

- Saçların tökülməsi. Yeni araşdırmalar göstərib ki, ocaqlı allopesiya (saçların hissəvi şəkildə tökülməsi) orqanizmdə D vitamininin defisiti ilə əlaqəlidir.

D vitamininin əsas "mənbə"yi gün şüalarıdır.

Həmçinin D vitamini az miqdarda yumurta, süd məhsulları, balıq, göbələk kimi qida məhsullarında da var.

Mənbə: news.milli.az