Koronavirusdan sağalandan sonra bu simptomlar varsa... İnfeksiyanın təhlükəli FƏSADI

Koronavirus yeni ştamm olduğundan hələ ki az öyrənilib və alimlərə bir çox "sürpriz"lər verir.

Belə sürprizlər arasında insan koronavirusdan tam sağalandan sonra orqanizmdə inkişaf edən müxtəlif xəstəliklərdir.

Belə ki, koronavirus ürək əzələsində iltihab yarada və viruslu miokarditin inkişafına səbəb ola bilir.

Milli.Az saglamolun.com-a istinadən bildirir ki, rusiyalı kardioloq tibb elmləri namizədi Anna Koreneviç (Аннa Кореневич) bu haqda öz YouTube kanalında məlumat verib.

Həkim vurğulayıb ki, koronavirusu hətta yüngül formada keçirmiş insanların 70%-də (!) sağalandan 2 ay sonra ürəyin zədələnməsinə işarə edən simptomlar aşkar olunur.

"Virus orqanizmdə tam yox olana qədər patoloji autoimmun prosesləri işə salır ki, bunun nəticəsində ürək əzələsində iltihab davam edir", - həkim bildirib.

Həkim miokarditin inkişafına işarə edən simptomları açıqlayıb:

- təngənəfəslik

- sakit vəziyyətdə taxikardiya (puls 90-dan çox)

- ürəyin gah tez-tez, gah da yavaş-yavaş döyünməsi

- ürəyin "dayanması" hissi

- tez yorulma

- hipotoniya (təzyiqin aşağı düşməsi)

- ayaqlarda ödemlər

Həkim bildirib ki, viruslu miokardit ürək çatışmazlığı və infarktın inkişafına səbəb ola bilir.

Həmçinin həkim vurğulayıb ki, bəzi hallarda miokardit simptomsuz da inkişaf edə bilir. Bu səbəbdən kovid keçirmiş insan sağalandan 2-3 sonra mütləq kardioloqun müayinəsindən keçməlidir.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Lukaşenko bu təklifi rədd etdi: Ehtiyacımız yoxdur

SONRAKI XƏBƏR

Cavid Paşayev evə buraxıldı - FOTO + VİDEO