COVİD-19-un mutasiyası haqqında həqiqətlər və virusun yayılmasına xidmət etmiş faktorlar...

Hazırda məni ən çox narahat edən, bu virusun dövrü mutasiyaya məruz qalması haqqında müxtəlif mətbu orqanları və sosial şəbəkələrdə yayılan məlumatlardır. Bu məlumatlarda bəzən COVİD19-un, hətta 2 ilə qədər bizimlə yol-yoldaşı olacağı və hələ çoxlu canlar alacağı kimi bədbin və əsassız fikirlər səsləndirilir. Bəs bu fikirlər nədən qaynaqlanır?

Xatırlatmaq istəyirəm ki, antik dövrdən günümüzə qədər baş verən təqribən 60 epidemiya və pandemiyanın, indiki kimi bütün dünyanı əhatə edən yalnız 5-ində, infeksiyanın davam etmə müddəti 2 il göstərilir. Unutmaq olmaz ki, bu müddət infeksiyanın ilkin başlanğıc və tam sönməsi dövrüdür. Yoluxmanın davam etməsi və letallıq dövrü deyildir.

Bildirmək istəyirəm ki, ən ağır virus infeksiyasının davam etmə və aktiv yoluxdurma müddəti, ilin xronoloji fəsli dəyişikliklərinə ğörə, 12 aydan artıq ola bilməz. Əks hal təbabət və mövcudiyyət qanunlarına ziddir. Bu səbəbdən də mən, COVİD19-un mütasiyası haqqında 5 iyulda yazdığım məqaləni, qisa ixtisarla bir daha geniş oxucu kütləsinin nəzərinə çatdırmağı özümə borc bildim:

“Hazırkı şəraitdə insanlarda psixi stabilliyin qorunması, onların gərginlik, həyəcan, qorxu, sabaha inamsızlıq kimi hisslərdən azad olmasına çalışmaq, eləcə də Ali Dövlət Qurumları səviyyəsində mənəvi və maddi dəstəyin göstərilməsi, sadəcə, zərurətdir. Söylədiklərimin içərisində ən mühümü, insanlara COVİD19 haqqında yalnız düzgün, elmi əsasa istinad edən və bu problemin müxtəlif aspektlərilə məşğul olan mütəxəssislərin verdiyi məlumatların çatdırılmasıdır. Axı biz XXI əsrda yaşayırıq. Unutmamalıyıq ki, bu gün adi insanların bu infeksiya haqqında bilgisi, digər ixtisas sahibi olan həkimlərin bildiyindən heç də az deyildir.

Digər tərəfdən, COVİD19-un yeni mütasiya serotiplərinin yaranması və yaxın aylarda da yaranacağı, bu pandəmiyanın sonu görünmür və sair kimi əsası olmayan fikirlərin səsləndirməsi, ümumiyyətlə yolverilməzdir. Çünki, bütün insanların həyatı dərki, elmi düşüncəsi, idrakı, mövcud vəziyyətə yanaşması, eyni deyil, fərqli və ziddiyyətlidir. Odur ki, bu cür bədbin məlumatlar, hazırda psixi durumu ilə biri-digərindən kəskin fərqlənən, məlum 4 insan tipinin birinə təsir göstərməyə, digərində nevroloji, başqa birində zəif, digər insan tipində isə, dərin psixoloji pozğunluqlara səbəb ola bilər. Odur ki, COVİD19-la bağlı istər həkim, istər alim, istər ziyalı, istərsə də ali və ya orta təhsili belə olmayan hər hansı bir insan, sosial şəbəkələrdə və ya digər təbliğat vasitələrində, işlətdiyi hər bir sözün məsuliyyətini və törədəcəyi fəsadları qabaqcadan çox ciddi düşünməlidir. Şübhəsiz ki, deyiləcək hər bir söz dərin elmi təhlilə əsaslanmalıdır.

Təkrar edirəm, COVİD19-un mütasiya etdiyi və edəcəyi kimi söylənilən bütün fikirlər tamamilə əsassızdır və heç bir elmi mənbəyə istinad etmir və edə də bilməz. Bu aşağıdakı inkar olunmaz elmi dəlillərdə öz təsdiqini tapır:

Əvvəlki, yazdığım məqalələrdə təkrar-təkrar qeyd etdiyim kimi, tək zəncirli RNT tipli məlumat kodu daşıyan koronavirusların hazırda 40 növü müəyyən edilmişdir. Bu 40 serotipdən insanlarda yalnız 7-si xəstəlik törədə bilir. 7 serotipdən də 4-ü (şərti adı 229E, OC43, NL63, HUK1 olan) yaşından asılı olmayaraq, sağlam genoma malik olan, insana yoluxduqda, müalicə tələb etməyən zəif soyuqlama əlamətləri törədir. Yalnız 3 koronavirus serotipi SARS CoV, MERS CoV və COVİD19 insanlarda atipik pnevmoniya ilə fəsadlaşa bilən, ağır, ağ ciyər və tənəffüs yolu patologiyalarına səbəb ola bilər.

Diqqət edin: öldürücü serotiplərin ilki olan, naməlum xələfə malik SARS CoV ilk dəfə 2002-ci ildə, xələfi bu serotip olan MERS CoV 2012-ci ildə, xələfi sonuncu serotip olan hazırkı COVİD19 isə, ÜST-in rəsmi məlumatına görə 2019-cü ildə qeydə alınmışdır və hazırda davam etməkdədir. Başqa sözlə desək, mütasiyalar arasındakı müddət 10 və 7 il olmuşdur. Odur ki, COVİD19-un təkrari mütasiyaya məruz qalaraq digər- letal göstəriciləri daha yüksək olan serotipə keçməsinin ən qısa müddəti, bu infeksiya tam söndükdən yalnız 7-10 il sonra ehtimal oluna bilər. Yəni insanlarımız əsəb sistemlərinin tükənmiş vəziyyətdə olduğu hazırkı durumda bu incə mətləbi bilib, sakitləşməlidir. Başa düşməli və dərk etməlidirlər ki, həyat enerjisi tükənməz və sönməzdir. O, əbədidir. Virus infeksiyası isə var, olub və olacaq. O cümlədən koronavirus da. Koronavirusun adi serotipləri insan dünyaya göz açıb ana qucağına düşəndən, bu dünyadan köçənə qədər, yəni ömürlük bizimlə yoldaşdır. Lakin heç bir virus, letallıq əmsalından belə asılı olmayaraq, həyat enerjisinə hətta nisbi də olsa təsir göstərmib və təsr göstərə də bilməz”.

COVİD19-dan keçmiş zamanda danışılması və insanlığın əvvəlki xoşbəxt həyata qovuşması çox da uzaqda deyildir. Bunun üçün şəxsi gigienik qaydalara gönmədən əməl etməli, ən əsası isə, bəzi ünsiyyət vasitəsindən birdəfəlik imtina edilməlidir. Ünsiyyət vasitəsi dedikdə, mən hər şeydən əvvəl, insanlar arasında salamlaşmaq, görüşmək kimi ünsiyyət formalarının 90-cı illərdən sonra dəyişilmiş bəzi “abnormal” şəkillərin nəzərdə tuturam. Təsəvvür edin, karantin elan olunana qədər demək olar ki, bütün insanlar hər görüşəndə bir-biri ilə qucadlaşıb öpüşürdü. Yadda saxlamaq lazımdır ki, bu cür ünsiyyət forması yolverilməzdir. O, virus infeksiyasının yayılmasının ilkin və həlledici şərtidir. Mən şübhə etmirim ki, ölkəmizdə COVİD19-a yoluxanların 99%-i ancaq bu ünsiyyət formasının qurbanı olmuşdur. (Hindistanın gigienik şəraiti pis olan əskər bölgələrində zaman-zaman kütləvi insan ölümü ilə nəticələnən epidemiyalar olduğuna görə, hindlilər arasında indiki salamlaşma forması, kor-təbii yolla da olsa, bu səbəblərdən yaranmışdır və genetik özünüqoruma instinktin bir formasıdır). İstəyirəm oxucular bilsin ki, insanlar öpüşərkən birindən-digərinə 250 bakteriya tipi və 40000 parazit, mikrob və virus növü transformasiya olunur. Bu mikrocanlıların seroloji müxtəlifliyi və yarımtiplərini nəzərə alsaq, şübhəsiz ki, onların sayı fantastik rəqəmlərlə ölçülər. Ona görə də, xüsusən eyni cinsdən, müxtəlif etnik qrupdan, irqi ayrılıq, müxtəlif coğrafi ərazi bölgüsündə olan insanlar arasında bu ünsiyyət forması hazırda yaşadığımız faciənin ən başlıca səbəblərindən biri yox, birincisidir. Bu ünsiyyət forması birdəfəlik və qeyri-şərtsiz olaraq aradan qaldırılmalıdır. Söylədiklərim həm də əvvəllər incə, zərif, ali və müqəddəs hiss olub, sonralar iyrənc və ikrah hissinə çevrilən bu ülvü ünsiyyət formasına, arzulandığı əvəlki gözəlliyini qaytara bilər.

Bir faktı da qeyd etmək istəyirəm ki, hazırda dünyanı idarə edən, böyük iqtisadi və siyasi gücə malik olan əksər ölkələrdə COVİD19-un yayılmasına xidmət edən digər əsas kontaginozluq formaları və ona aparan vərdişlər bizlərə yaddır və bizim ölkədə yoxdur. Bizim insanlar arasında şəxsi gigienik qaydalara əməl olunması kifayər dərəcədə yüksək səviyyədədir. Müəyyən səbəblərə görə bu məsələnin dərin təhlilini vermək istəməsəm də, xatırlatmağı lazım bilirəm ki, gün ərzində, təkcə namaz qılan vaxtı, insanlarımız beş dəfə şəxsi gigienik vərdişlərə “qanun kimi” əməl edirlər. Odur ki, təkcə söylədiyim ünsiyyət formasının tam aradan qalxması, COVİD19-a yoluxma riskinin sonuna təminat verən səbəblərdən birincisi ola bilər.

Bəzi mütəxəssislər infeksiyanın 2-ci, hətta 3-cü və s. dalğasının ola bilməsi haqqında danışırlar. Nəzərinizə catdırmağı zəruri bilirəm ki, karantin tədbirləri nəinki yumşaldıldıqdan, hətta tamamilə aradan qaldırıldıqdan sonra belə, söylədiyim ünsiyyət formalarına, şəxsi gigiena qaydalarına, eləcə də xaricdən ölkəmizə yerüstü, su, dəmiryolu və hava nəqliyyatı ilə olan daşınmalarda gigienik tələblərə ciddi əməl olunacağı təqdirdə, bu hal Bizim ölkəmizdə heç bir vaxt baş verə bilməz və baş verməyəcəkdir. Mən bunu ölkəmizin vətəndaşlarına onları sakitləşdirmək üçün deyil, yoluxmanın dinamikası və xarakterini, insanların ünsiyyət və gigienik vərdişlərinə hazırda yanaşma tərzini, eləcə də yaxın günlərdə aparılacaq seroloji testlərin ehtimal etdiyim göstəricilərini dərindən təhlil edib, gəldiyim nəticələrə istinadən deyirəm.

Bir daha təkrar edirəm, gigienik vərdişlər, ünsiyyət formaları, sosial məsafə və insanların çox toplaşdığı qapalı məkanlarda maska tipli fərdi qorunma vasitəsi tələbinə mütləq şəkildə əməl olunmalıdır. Sonuncu cümləni, Sizlərin təkcə koronavirusdan deyil, bütün məlum ağır fəsli virus infeksiyalarından qorunmasına təminat kimi yazdım.

Professor Musa Qəniyev

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirus maskası bir məhkumun ölümünə səbəb oldu - İNANILMAZ HADİSƏ

SONRAKI XƏBƏR

Öldürdüyü sevgilisini çuxura atarkən yaxalandı - VİDEO