“Aşura“da qanvermə aksiyası keçirilir (VİDEO)

“Aşura“da qanvermə aksiyası keçirilir (VİDEO)

Qafqaz Müsəlmanları İdarəsi və Operativ Qərargahın birgə verdiyi məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq məscidlərdə qanvermə aksiyası keçirilmədiyindən aksiya Mərkəzi Qan Bankı və regionlarda olan bölmələrində icra olunur. Qanvermə aksiyasına səhər saatlarında etibarən artıq başlanılıb. Aksiyaya çox sayda vətəndaş qoşulub. Vətəndaşlar qanverməzdən öncə müayinədən keçdiyi zaman səhətində vəya qanında hər hansı bir xəstəlik aşkarlanmazsa qan verə bilir əks halda həmin vətəndaşdan donor ola bilmədiyi üçün qan alınmır.

Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya mərkəzi qan vermək istəyən vətəndaşlara öncədən müraciət edib. Bildirilib ki, qan vermək üçün Mərkəzi Qan Bankı və bölmələrinə gələcək vətəndaşların fərdi sağlamlıqlarının qorunması məqsədilə sosial məsafə qaydalarına riayət və qoruyucu tibbi maskalardan istifadə etmək kimi tənzimləmə məsələlərində Milli Hematologiya və Transfuziologiya mərkəzinə DİN-nin və Azərbaycan Könüllü təşkilatları ittifaqının əməkdaşları yardımçı olublar.

Mənbə: www.realtv.az