Türkiyədə mayor koronavirusdan öldü

Türkiyədə mayor koronavirusdan öldü

Türkiyə Hərbi Hava Qüvvələri bazasının komandanlığında çalışan mayor Halil İbrahim Kaya koronavirusdan ölüb.

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, mayor Halil İbrahim Kaya koronavirus xəstələrinin müalicə aldığı xəstəxanadan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 225 381-ə çatıb. 9 276 nəfər isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əhməd
Cebhe.info

Mənbə: cebhe.info