Abşeron sakininin avtomobilindən qumbara götürüldü

Abşeron sakininin avtomobilindən qumbara götürüldü

Abşeron sakininin avtomobilində qumbara aşkarlanıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini E.Əliyevin idarə etdiyi “TOFAŞ” markalı avtomobildən 1 ədəd F-1” qumbarası aşkar edilərək götürülüb.

Mənbə: www.unikal.org