İmişli sakinindən hədə-qorxu ilə pul almaq istəyən şəxs saxlanılıb

İmişli sakinindən hədə-qorxu ilə pul almaq istəyən şəxs saxlanılıb

İmişli Rayon Polis Şöbəsinə müraciət edən Otuziki kənd sakini Z. Uğurluyev sentyabrın 15-də hədə-qorxu gəlməklə ondan 8 000 manat pul tələb edilməsini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qızılkənd kənd sakini E. Əliyev Z. Uğurluyevdən 6000 manat pulu alarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az