Hindistanın şimal-qərbində yerləşən Racastxan əyalətində, Çambal çayında sərnişin qayığının devrilməsi nəticəsində 7 nəfər ölüb, 14 nəfər itkin düşüb.
İnterAz xəbər verir ki, məlumatı yerli NDTV telekanalı yayıb.
Bildirilib ki, qayıqda 25-30 sərnişin olub. Axtarış-xilasetmə əməliyyatı nəticəsində bir neçə nəfər xilas edilib. Hadisənin baş verməsinə ilkin səbəb kimi güclü dalğa göstərilir.
Mənbə: www.interaztv.com