Çexiyada rekord sayda yoluxma qeydə alındı

Çexiyada rekord sayda yoluxma qeydə alındı

Çexiyada son sutka ərzində 11 nəfər koronavirus səbəbilə həyatını itirib.

Yenisabah.az xəbər verir ki, beləliklə ölənlərin sayı 476 nəfərə çatıb.

Çexiya Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda virusa yoluxanların sayı 1 677 nəfər artıb. Hazırda ölkədə 14 min 807 aktiv virus daşıyıcısı var.

Bildirək ki, Çexiyada baş verən son yoluxma hadisəsi ölkədəki günlük yoluxma sayına görə rekord qırıb.

Mənbə: yenisabah.az