Amerikanın Florida və Alabama ştatında müşahidə olunan “Səli” qasırğasının dağıdıcı gücü artıb.
Hazırda qasırğanın yaratdığı küləyin sürəti saatda 160 kilometrə çatır.
Qasırğa sahilyanı bölgələrdə leysan yağışa və elektrik kəsintisinə səbəb olub.
Qasırğanın Mobil körfəzi ətrafında və Floridanın Pənhəndl bölgəsində dağıntılar törədəcəyi ehtimal olunur.
Rəsmilər bu barədə yerli əhaliyə xəbərdarlıq ediblər.
Qasırğa hazırda saatda 4 kilometr sürətlə ölkənin şimal, şimal-şərq istiqamətində hərəkət edir.
Mənbə: www.realtv.az