Moskvada koronavirusa yoluxma sayı iyunun 29-dan sonra maksimal həddə çatıb

Moskvada koronavirusa yoluxma sayı iyunun 29-dan sonra maksimal həddə çatıb

Moskva, 16 sentyabr, AZƏRTAC

Rusiya paytaxtında ötən gün koronavirusa 750 yeni yoluxma faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu, iyunun 29-dan sonra maksimal göstəricidir. Bir gün əvvəl Moskvada 730 koronaviruslu xəstə aşkar edilmişdi. Bütövlükdə, Rusiyada bir gündə 5670 COVID-19 xəstəsi qeydə alınıb ki, bu da iyunun 26-dan sonra maksimal göstəricidir.

Beləliklə, Rusiyada COVID-19 xəstələrinin sayı 1 079 519 nəfərə, aktiv xəstələrin sayı isə 170 min 588 nəfərə çatıb.

Gün ərzində 132 nəfər vəfat edib, 5809 xəstə sağalaraq evə buraxılıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: azertag.az