Rusiyanın "1 nömrəli skinhed"i özünü öldürdü

Rusiyanın "1 nömrəli skinhed"i özünü öldürdü

Məşhur rusiyalı skinhed, millətçi Maksim "Tesak" Martsinkeviç həyatına qəsd edib.

Sonxeber.az xəbər verir ki, onun cəsədi Çelyabinsk şəhərində yerləşən 3 nömərli istintaq təcridxanasında tapılıb.

2017-ci ildə Moskvanın Babuşkin rayon məhkəməsi tərəfindən "quldurluq" və "xuliqanlıq" maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilən "Teask"ın damarlarını doğradığı bildirilir.

O, Qafqaz və Mərkəzi Asiyadan gələn insanlara qarşı hücumlarda iştirak edərək 2000-ci illərdə Rusiyada "1 nömərli millətçi" kimi məşhurluq qazanmışdı./Modern.az


Sonxeber.az

Mənbə: sonxeber.az