Azərbaycanda kriminal qruplar arasında qarşıdurma – Evindən avtomat çıxdı

Azərbaycanda kriminal qruplar arasında qarşıdurma – Evindən avtomat çıxdı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Bərdə rayon sakini M.Camalovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü X.Musazadə saxlanılıb.

Publika.az xəbər verir ki, tutulan şəxsin Şorəlli kəndindəki evinin həyətindən “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

Bildirilir ki, hadisə avqustun 12-nə keçən gecə saat 02 radələrində baş verib. Belə ki, Şorəlli kənd sakinləri gecə avtomat atəşlərinin səsini eşidiblər. Belə ki, hadisə kriminal qruplaşmaların qarşıdurması zəminində yaranmış mübahisə nəticəsində baş verib. Qarşıdurmada iştirak edənlər arasında Şəmkir və Yevlax rayonlarının sakinlərinin də olduğu bildirilir.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 1984-cü il təvəllüdlü Bağırov Rauf Qalib oğlu, 1991-ci il təvəllüdlü Əzizov Nicat Allahverdi oğlu və 1994-cü il təvəllüdlü Abbasov Adıgözəl Cənnətəli oğlu yaralanıblar. Onların vəziyyətləri ağır olub.

Dava zamanı Göyüşlü kənd sakini, 1990-cı il təvəllüdlü Camalov Mənsur Kamil oğlu isə vəfat edib.

Mənbə: publika.az