Əfqanıstanda terror aktı: 1 ölü, 5 yaralı

Əfqanıstanda terror aktı: 1 ölü, 5 yaralı

Əfqanıstanın Bəlx vilayətinin Məzari-Şərif şəhərində terror aktı törədilib.

Axar.az xəbər verir ki, şəhərin mərkəzində əl arabasına quraşdırılan bomba polis avtomobili keçən zaman partladılıb.

Nəticədə 1 dinc sakin ölüb, 5 nəfər isə yaralanıb.

Qeyd edək ki, terror aktını hələlik heç bir terror təşkilatı üzərinə götürməyib.

Mənbə: axar.az