Türkiyədə koronaya yoluxma sayı 300 mini keçdi

Türkiyədə koronaya yoluxma sayı 300 mini keçdi

Türkiyədə son sutka ərzində daha 68 nəfər yeni tip koronavirusdan dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin açıqlamasında deyilib.

Bununla da qardaş ölkədə COVİD-19-dan ölənlərin ümumi sayı 7 min 445-ə çatıb.

Qeyd edək ki, Türkiyədə indiyədək 301 min 348 nəfər koronavirusa yoluxub.

Mənbə: axar.az