Afina, 20 sentyabr, AZƏRTAC
Yunanıstan Yanoş qasırğası ilə mübarizəni davam etdirir.
Ölkənin Fesaliya rayonunda qasırğa nəticəsində iki qadın itkin düşüb, şəhərlər və kəndlər dağılıb. Daşqınlar səbəbindən yollar yararsız vəziyyətə düşüb, külək evlərin damlarını uçurub, maşınlar çevrilib, su və elektrik enerjisi təchizatında problemlər yaranıb. Sakinlər qorunmaq üçün kilsədə sığanacaq tapıblar. Vəziyyətlə bağlı qabaqlayıcı tədbirlər görülür.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
AZERTAG.AZ :Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır
Mənbə: azertag.az