Türkiyədə güclü yağış bir sıra problemlər yaradıb

Türkiyədə güclü yağış bir sıra problemlər yaradıb

Ankara, 20 sentyabr, AZƏRTAC

Türkiyənin Artvin bölgəsində güclü yağış nəticəsində ciddi problemlər yaranıb.

AZƏRTAC xəbər verir ki, bu vilayətin Hopa və Çayeli rayonunda kiçik körpülər və yollar su altında qalıb. Ağaran şəlaləsinin məcradan çıxması ətrafda güclü daşqınlar yaradıb. Borçka-Güreşen, Hopa-Borçka şoselərində nəqliyyatın hərəkəti dayandırılıb.

Meteoroloqlar güclü yağışların davam edəcəyi barədə əhalini xəbərdar ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

AZERTAG.AZ :Türkiyədə güclü yağış bir sıra problemlər yaradıb

Mənbə: azertag.az