Avtomobilin əks yola çıxmağı beş nəfərin ölümü ilə yekunlaşdı - FOTO

Avtomobilin əks yola çıxmağı beş nəfərin ölümü ilə yekunlaşdı - FOTO

Rusiyanın Orenburq vilayətində minik avtomobilinin yük maşını ilə toqquşması ölümlə nəticələnib.

Bu barədə Gazeta.ru məlumat yayır.

Qəza Orenburq - Akbulak avtomobil yolunun 86-cı kilometrliyində baş verib. İlkin məlumata görə, “VAZ-21140” markalı avtomobilin sürücüsü idarəetməni itirərək əks zolağa keçib.

Bu zaman avtomobilin sürücüsü və maşındakı dörd sərnişin ölüb.

Mənbə: www.oxu.az