Pakistanda koronavirusa yoluxanların sayı 305 mini ötüb

Pakistanda koronavirusa yoluxanların sayı 305 mini ötüb

İslamabad, 20 sentyabr, AZƏRTAC

Son gündə Pakistanda COVID-19-a 400 nəfər yoluxub və xəstələrin ümumi sayı 305 min 31 nəfərə çatıb.

Sutka ərzində virusdan 7 xəstə ölüb və hazırda dünyasını dəyişənlərin ümumi sayı 6415 nəfərdir.

Xəstəxanalarda 6572 xəstə var, onların 562-nin vəziyyəti ağırdır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

AZERTAG.AZ :Pakistanda koronavirusa yoluxanların sayı 305 mini ötüb

Mənbə: azertag.az