Ermənistandakı rus hərbi bazasının zabiti ölüb

Ermənistandakı rus hərbi bazasının zabiti ölüb

Sentyabrın 19-da Ermənistanın Lori vilayətində avtoqəza baş verib. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 23:00 radələrində Rusiya Federasiyası vətəndaşı, 27 yaşlı Aleksey Melnikov idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobil ilə Saratovka kəndi yaxınlığındakı sahədə hələlik naməlum şəraitdə idarəetməni itirərək yoldan çıxıb və bir neçə metr yuvarlanıb.

Qəza nəticəsində o, yerindəcə ölüb. Onunla olan şəxslər öz avtomobilləri ilə onu artıq ölmüş vəziyyətdə Stepanavan tibb mərkəzinə yerləşdiriblər, orada da ölümü təsdiqlənib.

Məlumata görə, 27 yaşlı A. Melnikov Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci rus hərbi bazasında taqım komandiri kimi xidmət edir.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az