"Ümid edirəm anan canlı yanmağı sevir" deyib evi yandırdı...

"Ümid edirəm anan canlı yanmağı sevir" deyib evi yandırdı...

ABŞ-da aldadıldığını düşünən 21 yaşlı qadın sevgilisinə "Ümid edirəm anan canlı yanmağı sevir" şəklində mesaj göndərdikdən sonra sevgilisinin evinə od vurub.

Moderator.az xəbər verir ki, Miçiqan əyalətində baş verən hadisə nəticəsində qadının sevgilisinin 53 yaşlı anası və evdə olan iki nəvəsi yanaraq faciəvi şəkildə can verib.

Evin yaxınlığındakı təhlükəsizlik kamerası görüntülərini izləyən polis qadının evin pəncərəsini daş ilə sındırdıqdan sonra içərisində yandırıcı bir maddə olan bir plastik qabı yandıraraq içəri atdığını görüb.

Qısa müddət ərzində alovlar içində qalan evə gələn yanğınsöndürən əməkdaşları evdəki yanğını söndürsələr də, qadını və azyaşlı nəvələrini xilas edə bilməyiblər.

Mənbə: moderator.az