ABŞ-da növbəti polis zorakılığı - 50-dən çox aksiya iştirakçısı saxlanıldı

ABŞ-da növbəti polis zorakılığı - 50-dən çox aksiya iştirakçısı saxlanıldı

Amerika Birləşmiş Ştatlarında hökumətin miqrasiya və gömrük siyasətinə qarşı aksiyalar davam edir.

Bu dəfə narazı amerikalılar Nyu-Yorkun Tayms-Skver meydanına toplaşaraq, Donald Trampın prezidentliyi dövründə miqrantlara qarşı qəbul olunmuş qərarlara və həmçinin Miqrasiya və Gömrük mərkəzlərində saxlanılan qanunsuz mühacirlərə qarşı qəddar davranışlara etiraz edib. Lakin polis aksiyanın baş tutmasına icazə verməyib. Nümayişçilərə qarşı olduqca sərt davranan asayiş keşikçiləri 50-dən çox etirazçını saxlayıb

Mənbə: www.atv.az