3,5 metrlik timsahın müalicə görüntüləri rekord sayda izlənildi - VİDEO

3,5 metrlik timsahın müalicə görüntüləri rekord sayda izlənildi - VİDEO

ABŞ-ın Florida əyalətində arxa ayağını hərəkət etdirə bilmədiyi üçün müalicə altına alınan "Bob" adlı nəhəng timsahın görüntüləri bir neçə saat ərzində rekord sayda izlənilib.

Moderator.az xəbər verir ki, xəstəxana rəhbərliyi 3,5 metr boyundakı timsahın bu günə qədər müalicə etdikləri ən böyük timsah olduğunu söyləyib. Baytarlar tərəfindən sosial mediada görüntüləri paylaşılan timsah 1,5 milyon dəfə izlənilib.

Qeyd edək ki, arxa ayağında infeksiya olduğu müəyyən edilən timsah, antibiotik müalicəsindən sonra yaşadığı parka geri qaytarılacaq.

Mənbə: moderator.az