Bakıda sürücü qəza törədərək hadisə yerindən qaçdı

Bakıda sürücü qəza törədərək hadisə yerindən qaçdı

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

PİA.az-ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində avtomobillə 1999-cu il təvəllüdlü Məsimov Musa Heydər oğlunun idarə etdiyi motosiklet toqquşub. Hadisə zamanı M.Məsimov xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Şahidlərin sözlərinə görə, minik avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. Lakin o, sonradan saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: pia.az