Daha bir narkotik alverçisi saxlanıldı

Daha bir narkotik alverçisi saxlanıldı

Lənkəran şəhər Polis Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçiriblər.

DİN mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 7 kiloqram 715 qram marixuana götürülüb.

Mənbə: lent.az