Tovuzda piyada faciəvi şəkildə öldü

Tovuzda piyada faciəvi şəkildə öldü

Tovuz rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən İ.Vəliyev vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 21-də saat 19 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini İxtiyar Vəliyev vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Tovuz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Mənbə: sia.az