Dünən yollarda 2 nəfər ölüb

Dünən yollarda 2 nəfər ölüb

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 25 cinayətin üstünü “isti izlər”lə açıb.

Lent.az -a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

 

Mənbə: lent.az