Avstraliyada 90 balina susuzluqdan öldü

Avstraliyada 90 balina susuzluqdan öldü

Avstraliyanın Tasmaniya vilayətində 270 balina sahilə çıxıb.

Yenisabah.az xəbər verir ki, onlardan 90-ı susuzluq səbəbilə ölüb. Sözügedən bölgədə Tasmaniya Dənizçilik Qoruma Proqramının xilasetmə qrupları bazarertəsindən etibarən araşdırma aparır.

Rəhbərlik tərəfindən təxminən 40 nəfərdən ibarət olan xilasetmə qruplarının 25 balinanı dayaz sulardan qurtarmağı bacardığı və balinalara açıq dənizlərə qədər müşayiət etməyi hədəfə aldıqları vurğulanıb.

Bildirək ki, balinalar "Macquarie Heads" bölgəsində 3 qrup halında tapılıb. Dəniz bioloqları balinaları xilas etməyin günlərlə davam edə biləcəyini açıqlayıb. Bölgədə balinaların sahilə tez-tez çıxdığı, lakin bu sayda balinaya 10 ildən çox müddətdə rast gəlinmədiyi deyilir.

Xatırladaq ki, Yeni Zelandiyada 2018-ci ildə 200-dən çox pilot balina fərqli sahillərdə çıxaraq ölmüşdü.

Mənbə: yenisabah.az