Rusiyada güclü zəlzələ baş verib

Rusiyada güclü zəlzələ baş verib


Rusiyanın İrkutsk şəhrində 5.9 böyüklüyündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, Rusiya rəsmi qurumlarının verdiyi məlumata görə, zəlzələ yerli saatla 02:05 radələrində İrkutsk şəhrində baş verib.
Qurum, həmçinin zəlzələnin mərkəzinin İrkutskdan 74 kilometr cənub-qərbdə qeydə alındığını açıqlayıb.
Zəlzələ yerinə yaxın yaşayan insanlar evlərindən təxliyə olunub, bölgədə elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayanıb.

Mənbə: www.yeniavaz.com