Polisin “Saxla” əmrinə tabe olmayaraq qaçan sürücünün törətdiyi dəhşətli qəzanın ANBAAN VİDEOsu

Polisin “Saxla” əmrinə tabe olmayaraq qaçan sürücünün törətdiyi dəhşətli qəzanın ANBAAN VİDEOsu

Sentyabrın 21-də Rusiyanın İrkutsk əyalətində polisin "Saxla" əmrinə tabe olmayaraq təqibdən qaçan sürücünün törətdiyi dəhşətli yol qəzasının görüntüləri təhlükəsizlik kamerasının obyektivinə düşüb.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, hadisə P255 "Sibir" trasının Usolısk rayonu ərazisində baş verib.

Məlumata görə, təqibdən qaçan sürücü, idarə etdiyi "Toyota Cresta" markalı avtomobillə, yol kənarına çıxaraq ötmə əməliyyatını yerinə yetirən zaman, qəfildən sükan idarəetməsini itirib və hərəkətin əks istiqamətinə çıxaraq qarşıdan gələn "Mercedes" markalı TIR-la toqquşub.

Zərbənin şiddətindən minik avtomobili iki hissəyə bölünüb.

Qəza nəticəsində 5 nəfər aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Yük maşınının sürücüsü isə qəzanı yüngül sıyrıqlarla sovuşdurub.

Qeyd edək ki, dünyasını dəyişənlərin hamısı minik avtomobilində olan sürücü və sərnişinlərdir.

Milli.Az

Mənbə: news.milli.az