ABŞ-lı jurnalisti kimlər və necə öldürdü?

ABŞ-lı jurnalisti kimlər və necə öldürdü?

Rusiya əsilli ABŞ jurnalisti Andrey Vitçek bu gün səhər saatlarında İstanbulda ölüb.

Cebhe.info-nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, o, həyat yoldaşı Rossi İndira Vltçek və iki sürücüsü ilə birlikdə 9 gün qaldığı Samsundan kirayə götürdüyü VIP avtomobillə İstanbula yola düşüb.

Səhər 05:30 radələrində qalacaqları otelin qarşısına çatan zaman həyat yoldaşı onun yatdığını güman edərək, oyatmağa çalışıb. Andrey Vltçekin yerindən tərpənmədiyini gördükdə təcili yardım xidmətinə məlumat verib.

Hadisə yerinə gələn həkimlər Andrey Vltçekin öldüyünü təyin edib.

İstintaq qrupu 57 yaşlı Andrey Vltçekin ölüm səbəbi şübhəli olaraq qeyd edib. Jurnalistin cəsədi Adli Tibb Müəssisəsinin meyitxanasına aparılıb.

Andrey Vltchek 1963-cü ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Filosof, araşdırmaçı jurnalist, yazıçı və dramaturq kimi tanınan Andrey Vltçek fotoqrafiya və sənədli filmlər üzərində də çalışıb.

Xatirə
Cebhe.info

 

Mənbə: cebhe.info