Gürcüstanda koronavirusa gündəlik yoluxma sayı 200-ü keçdi

Gürcüstanda koronavirusa gündəlik yoluxma sayı 200-ü keçdi

Bakı. Trend:

Gürcüstanda son sutka ərzində 218 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, növbəti rekord göstərici olub. Ölkədə bu günədək virusa yoluxanların sayı 3 913 nəfərə çatıb.

Bundan əvvəlki ən yüksək göstərici sentyabrın 20-də (196 nəfər) qeydə alınmışdı.

Ötən gün həmçinin 2 nəfərin ölümü qeydə alınıb.

Bu günədək ölkədə 22 nəfər vəfat edib. 1 574 nəfər sağalıb, 2 317 nəfərin müalicəsi davam edir.

Mənbə: az.trend.az