“Alçaq yaşayamaqdan yorulmuşuq, bunun da yeganə yolu bu murdarları torpağımızdan qovmaqdır...”

“Alçaq yaşayamaqdan yorulmuşuq, bunun da yeganə yolu bu murdarları torpağımızdan qovmaqdır...”

“Bizim haqlı olduğumuzu biruzə vermək istəməyən dövlətlər də içində bilirlər ki, haqq bizik, haqq bizdədir. Məncə, bu məsələləri qurtarmaq lazımdır və ondan sonra biz başqa cür olacağıq”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Yazıçı torpağı işğal altında olan bir millətin nümayəndəsi kimi yaşamaqdan artıq utandığını bildirdi:

“Qarabağ məsələsinə nöqtə qoymaq üçün hünərimiz də, səbəbimiz də, böyük üstünlüklərimiz də var. Biz öz torpaqlarımızdan terrorçuları qovub çıxaracağıq. Haq da, Allah da və həqiqət də bizim tərəfimizdədir. Bizim haqlı olduğumuzu biruzə vermək istəməyən dövlətlər də içində bilirlər ki, haqq bizik, haqq bizdədir. Məncə, bu məsələləri qurtarmaq lazımdır və ondan sonra biz başqa cür olacağıq. Torpaqlarımızı işğaldan azad etməliyik, torpaq olmayandan sonra artıq sən yoxsan, bu ən azı fiziki yoxluqdur. Belə yaşamaq olmur. Hanısa şairin misrası var, yazır ki, “birtəhər yaşamaq, yaşamamaqdır”. Alçaq yaşayamaqdan, şərəfsizliyi, binamusluğu boynumuza almaqdan yorulmuşuq və bunun da yeganə yolu bu murdarları torpağımızdan qovmaqdır. Hamımız əl-ələ verib bir olmalıyıq. Burda iki olmaq, bölünmək olmaz, çünki Qarabağ birdir. Mən inanıram ki, bir həftə ərzində ermənini darmadağın edəcəyik, yəni uzunmüddətli müharibə olmayacaq.

Bir dəfə Ağdam tərəfdən Xankəndinə hücum olmuşdu və Xuraman Abbasova əsgərlərin ayağı altına yaylığın atmışdı. Gərək biz onda yaylığı ayaqlayıb keçəydik. Ənənəmizə, abır-həyamıza o qədər bağlı millətik ki, bu da bir çox hallarda bizə mane olur. Təbii ki, ana yaylığı müqəddəsdir, amma onun üstündən keçib torpağını təmizləyirsənsə, hər şeyin üstündən keçib getmək olar. Çünki torpaqdan müqəddəs ancaq Allahdır.”

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az