Gürcüstanda koronavirusdan ölənlərin sayı 23-ə çatıb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 23-ə çatıb

Gürcüstanda son sutkada koronavirusdan 3-cü ölüm faktı qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
O deyib ki, ağır xəstə olan həmin şəxs Tbilisidə müalicə olunurmuş.
Bununla da qonşu ölkədə COVID-19-dan vəfat edənlərin sayı 23-ə çatıb.

Mənbə: gundeminfo.az