ABŞ-da son gündə 52070 nəfər koronavirusa yoluxdu

ABŞ-da son gündə 52070 nəfər koronavirusa yoluxdu

ABŞ-da son gündə aşkar olunan koronavirus infeksiyası hadisələrinin sayı 52 mindən çox artıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Johns Hopkins Universiteti yayıb.

Mənbə bildirir ki, son 24 saat ərzində 52.070 nəfərdə COVID-19 aşkar edilib, 356 xəstə ölüb.

Bir gün əvvəl bu rəqəmlər müvafiq olaraq 38 978 və 230 olub.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az