Cəlilabadda avtomobil qəzası baş verdi

Cəlilabadda avtomobil qəzası baş verdi

Cəlilabad rayonunun Qarayar kəndi ərazisində avtomobil qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı maneəyə çarpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
 

Mənbə: sonxeber.az