Sahilə çıxan balina sayı həyəcanverici həddə çatdı - 300-ü öldü...

Sahilə çıxan balina sayı həyəcanverici həddə çatdı - 300-ü öldü...

Avstraliyanın Tasmanya Adasının qumlu dayaz sularda qapalı qalan balinaların sayı hər gün artmağa davam edir.

Moderator.az xəbər verir ki, Tasmaniyanın uzaq qərb hissəsində qayalarla əhatə olunmuş dayaz qumlu sularda qapalı qalan balinalar ölkə tarixinin ən böyük kütləvi sahilə çıxma hadisəsi kimi qeydə alınıb.

Son olaraq 200 balinanın sahilə çıxdığı bölgəyə yaxın başqa bir bölgədə 270 balina təsbit edilib. Sahildə çıxan balina sayının 500-ə yaxın olduğu, 380 balinanın ilsə öldüyü bildirilib.

Kamran

Mənbə: moderator.az