Meksikada koronavirusdan bir gündə 601 nəfər öldü

Meksikada koronavirusdan bir gündə 601 nəfər öldü

Meksikada son sutka ərzində 601 nəfər COVID-19 səbəbilə həyatını itirib.

Yenisabah.az "Worldometers"ə istinadən xəbər verir ki, koronavirusa bu günədək Meksikada 74 min 949 nəfərin həyatına son qoyub.

Yoluxanların sayı isə 4 min 786 nəfər artaraq 710 min 49 nəfərə çatıb. Onlardan 510 min 237 nəfər sağalıb. Hazırda ölkədə 124 min 863 aktiv virus daşıyıcısı var ki, onlardan 2 min 677 nəfərin vəziyyəti ağırdır.

Mənbə: yenisabah.az