Yəməndə yenə dinc sakinlər öldürüldü

Yəməndə yenə dinc sakinlər öldürüldü

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Səada şəhəri Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin hücumuna məruz qalıb.

Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda vurğulanır ki, həyata keçirilən aviazərbələr nəticəsində azı 4 nəfər mülki şəxs həlak olub.

Bundan əlavə bəzi mülki yəmənlilərin də yaralandıqları diqqətə çatdırılıb.

Mənbə: eastnews.org