Maska taxmadığı üçün xəbərdarlıq edilən qadın xəstəxananı bir-birinə qatdı - VİDEO

Maska taxmadığı üçün xəbərdarlıq edilən qadın xəstəxananı bir-birinə qatdı - VİDEO

İstanbulun Pendik bölgəsində Təhsil və Araşdırma Xəstəxanasına gələn bir qadın, ona maska taxması üçün edilən xəbərdarlığı eşidincə dəliyə dönüb.

Milli.Az İHA-ya istinadən xəbər verir ki, qadın xəstəxanada xidmət çəkən polis əməkdaşlarına və tibb işçilərinə hücum edib. Polis otağına girən qadın, "dubinka"nı götürərək otağın şüşələrini qırıb. Qəzəbli qadın polislərə də xəsarət yetirib.

O anlar təhlüksizlik kamerasına düşüb:

Mənbə: news.milli.az