Sabiq prokurorun qaynı evində amansızlıqla öldürüldü

Bakı. Samir Əli - Trend:

Bakıda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57a ünvanında baş verib. Həmin ünvanda yaşayan 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlu yaşadığı evdə naməlum şəxs tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. T. Tağıyevə çoxsaylı bıçaq zərbələri endirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib. Hazırda qatilin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, qətlə yetirilən T. Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Maska taxmadığı üçün xəbərdarlıq edilən qadın xəstəxananı bir-birinə qatdı - VİDEO

SONRAKI XƏBƏR

Naxçıvan Bölməsinin əməkdaşları hərbi hissədə olublar