Almaniyada koronavirus xəstələrinin sayı 278 mini keçib

Almaniyada koronavirus xəstələrinin sayı 278 mini keçib

Almaniyada son sutkada 1.769 nəfərdə koronavirusa yoluxma aşkar edilmişdir. Ölkədəki koronavirus xəstələrinin ümumi sayı 278.070-ə yüksəlib.

İnterAz xəbər verir ki, bunu Robert Kox İnstitutunun məlumatları göstərir.

Almaniyada son gündə 19 koronavirus xəstəsinin ölümü qeydə alınıb, COVID-19-dan ölənlərin ümumi sayının 9 428-ə çatdığı bildirilir.

Mənbə: www.interaztv.com