ABŞ güləşçinin edamına görə İrana sanksiya tətbiq edəcək

ABŞ güləşçinin edamına görə İrana sanksiya tətbiq edəcək

ABŞ 27 yaşlı güləşçi Nəvid Əfkarinin edamına görə yaxın günlərdə İranın rəsmi şəxslərinə sanksiya tətbiq edəcək.

Open.az TASS-a istinadən xəbər verir ki, bunu sentyabrın 24-də ABŞ-ın İran və Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams Senatda Yaxın Şərqə dair dinləmələrdə bildirib.

Onun sözlərinə görə, güləşçinin edamında günahkar olanlar məsuliyyət daşımalıdır.

Qeyd edək ki, sentyabrın 12-də İranın tanınmış güləşçisi Navid Əfkari 2018-ci ildə ölkənin cənubundakı Şiraz şəhərində hökumətə qarşı etiraz nümayişi zamanı su şirkətinin bir işçisini (başqa məlumata görə təhlükəsizlik keşikçisini) bıçaqla öldürməkdə təqsirli bilinərək edam edilib.

Mənbə: open.az