Pandemiya dövründə Gürcüstanda yoluxma sayında antirekord qeydə alınıb

Tbilisi, 24 sentyabr, AZƏRTAC

Koronavirus pandemiyası dövründə Gürcüstanda ilk dəfə yoluxma sayında antirekord qeydə alınıb.

Son sutka ərzində ölkədə 259 nəfərdə koronavirus aşkarlanıb. Bununla da, Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 4399-a çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Pandemiya qurbanlarının sayı isə 25 nəfərdir.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Millimizin oyun günləri dəqiqləşdi - DÇ-2022

SONRAKI XƏBƏR

Dünyanın ən yaşlı futbolçusu elitada rekord qırdı