Ağstafada minik avtomobili yük maşını ilə toqquşub - Xəsarət alan var

Ağstafada minik avtomobili yük maşını ilə toqquşub - Xəsarət alan var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan “Qazel” markalı yük maşını “VAZ-2107” markalı minik maşını ilə toqquşub. Nəticədə 1992-ci il təvəllüdü Nicat Namazlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(apa)

Mənbə: pia.az