Əfqanıstanda bir gecədə 65 terrorçu öldürüldü

Əfqanıstanın Paktika əyalətində Talibana qarşı keçirilən əməliyyat nəticəsində bir gecədə 65 terrorçu məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə “1 TV Nyus” telekanalı məlumat yayıb.

Məlumata görə, terrorçular gecə Vazaxva rayonuna hücuma keçiblər. Əfqanıstan güc strukturlarının həyata keçirdiyi cavab əməliyyatı nəticəsində 65 terrorçu öldürülüb, daha 35 nəfər isə yaralanıb.

Əməliyyat zamanı 3 əfqan hərbçisi həlak olub, 6 nəfər yaralanıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Almaniya mətbuatında Əhmədiyyə Cəbrayılov haqqında məqalə dərc edilib

SONRAKI XƏBƏR

Rusiya Azərbaycanın beş rayonunu qaytarır?! - ANALİZ