İspaniyada leysan nəticəsində metro stansiyalarını su basıb

İspaniyada leysan nəticəsində metro stansiyalarını su basıb

Bakı. Trend:

İspaniyanın paytaxtı Madriddə yağan aramsız yağış şəhər metropoliteninin işinə ciddi təsir göstərib.

Trend-in məlumatına görə, yağış metro qatarlarının hərəkətində fasilələrə səbəb olub. Bir neçə stansiya suyun altında qalıb.

Metro stansiyalarına giriş-çıxış dayandırılıb.

Bundan başqa, leysan şəhərətrafı elektrik qatarlarının işinə təsir göstərib. Dəmir yollarının müəyyən hissələri hərəkət üçün tam bağlanıb.

Mənbə: az.trend.az