Türkiyədə yeraltı tuneldə baş verən çökmə nəticəsində dağıntılar altından 11 işçi çıxarılıb

Türkiyədə yeraltı tuneldə baş verən çökmə nəticəsində dağıntılar altından 11 işçi çıxarılıb

Ankara, 24 sentyabr, AZƏRTAC

Türkiyədə Kop dağının altından keçən tunelin inşaat işləri aparılan hissəsində çökmə baş verib.

AZƏRTAC xəbər verir ki, dağıntılar altında qalan insanların xilas olunması üçün Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) biriqadaları əraziyə cəlb edilib. Dağıntılar altından 11 nəfər yaralı vəziyyətdə xilas edilib.

Çöküntüyə qazıntı ərazisindən çıxan qazın səbəb olduğu bildirilir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

AZERTAG.AZ :Türkiyədə yeraltı tuneldə baş verən çökmə nəticəsində dağıntılar altından 11 işçi çıxarılıb

Mənbə: azertag.az